Tokayevin Şoltsu şok edən şifrəli sözü – Rusiya ilə bağlı hansı sirri bilir?


Bugünlərdə Almaniya kansler Olaf Şolts Qazaxıstanda rəsmi səfərdə olub. O, həmkarı Kasım-Jomart Tokayevlə görüşüb. İki prezidentin mediaya açıqlamasında Tokayev oluqca maraqlı bəyanat verib. Deyib ki, Rusiya hərbi cəhətdən yenilməzdir, məğlubedilmzədir. Onun bu açıqlamasına Şoltsun reaksiyası isə dünya mediasının diqqətindən qaçmayıb.

Tokayev o sözü Rusiyanı sakitləşdirmək üçün deyib? Almaniyanın timsalında Qazaxıstanın Qərblə əməkdaşlığına Moskvanın aqressiv münasibətini neytrallaşdırmaq üçün səsləndirib?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Tokayev böyük diplomat kimi tanınır:

“Bundan əvvəl BMT-də çalışıb, yaxşı təcrübəsi var. Ölkəsinə rəhbərlik etdiyi ilkin dövrlərdə konstitusiya islahatları həyata keçirtdi, ölkənin idarə edilməsində mühüm addımlar atıldı. Ən əhəmiyyətli qərar isə onun səlahiyyət müddətinin artırılmaması ilə bağlı idi. Bu da kifayət qədər müzakirə olunan məsələ kimi yadda qaldı. Lakin Fransadan sonra Almaniya ilə də əməkdaşlığın gücləndirilməsi istiqamətindəki təmaslar, kansler Olaf Şoltsun səfəri Qazaxıstanın çoxvektorlu siyasət yürüdəcəyindən xəbər verir. Bu təmaslar həm də Qazaxıstan-Almaniya iqtisadi, siyasi və enerji sahəsindəki əməkdaşlığı üçün atılan addımlar kimi səciyyələndirilməlidir”.

İlyas Hüseynov

Politoloqun sözlərinə görə, Tokayev regional reallıqları yaxşı dərk edir:

“Çinlə Qazaxıstanın çox yaxşı münasibəti var. Tokayev Çin dilini bilir, müxtəlif ləhçələrinə də hakimdir. Regionda Çin faktorunu ciddi nəzərdən keçirir, onun iqtisadi perspektivlərini dəyərləndirir. Rusiya ilə münasibətlərin normal olmasında maraqlıdır. Avrasiya İqtisadi Birliyi, KTMT kimi strukturlarda da mövcudluğunu qoruyur. Sabit, iqtisadi cəhətdən dayanıqlı bazarın Avropada olduğunu da yaxşı anlayır. “Rusiya heç vaxt məğlub olmayacaq” tərzindəki açıqlamaları əslində rəsmi Moskvanın nüvə ölkəsi olması, tükənməyən resursları, illər ərzində yığılmış rezervləri və sanksiyaların qarşısını almaq üçün atdığı addımlara söykənir. Qazaxıstan lideri öz siyasi manevr gücünü göstərməyə çalışır”.


MANŞET XƏBƏRLƏRİ