Şoyqu Ukraynaya şərt qoydu – “Danışıqlar buna bağlıdır”


Ukrayna silahlı qüvvələri Rusiya ərazisindən (Kursk vilayəti) çıxarılmayana qədər Moskva Kiyevlə danışıqlar aparmayacaq.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

“Biz onları (Ukrayna silahlı qüvvələrini) öz ərazimizdən çıxarmayana qədər danışıqlar aparmayacağıq”, - qurum rəhbəri bildirib.

Şoyqu həmçinin Ukrayna qoşunlarının Kursk AES-ə hücum cəhdini “terrorizmin ən yüksək səviyyəsi” adlandırıb. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ