Tayvan: "Adanın ətrafında onlarla Çin təyyarəsi və gəmisi görünür"


Uçuşlar və gəmi patrulları Çinin dünən adanın ətrafında başladığı hərbi təlimin bir hissəsini təşkil edir.

Turkustan.az xəbər verir ki, Çinin Tayvan adası və ona bağlı adaları əhatə edən hərbi təlimi zamanı adanın ətrafında 49 Çin hərbi təyyarəsi və 26 gəmi aşkarlanıb.

Tayvan Müdafiə Nazirliyinin sosial şəbəkə platformasındakı hesabından edilən şərhdə, onun elan etdiyi sahədə uçduğu qeyd edilib.

Nazirlik tərəfindən dərc edilən xəritədə, təyyarənin Tayvanın şimal ucundakı Keelunq əyalətindən 40 dəniz mili (74,08 kilometr) və cənub ucunda Pingtung əyalətindən 57 dəniz mili (105,5 kilometr) məsafədə yaxınlaşdığı görülüb.

Digər tərəfdən, adanın ətrafında 19-u Çin donanmasına, 7-si isə Çin sahil mühafizəsinə aid 26 gəminin aşkarlandığı qeyd edilib.

Tayvan boğazında "orta xətt" tərəflərin təsir sahələrini məhdudlaşdırdığı güman edilən hava və dəniz xəttinə aiddir.

Çin ordusunun quru, hava, dəniz və raket qüvvələrinin birliklərinin qatıldığı təlimin “müstəqilliyə qarşı hərəkətləri cəzalandırmaq” və “xarici güclərin müdaxiləsinə qarşı xəbərdarlıq” məqsədi daşıdığı vurğulanıb.

Tayvan Müdafiə Nazirliyi öz bəyanatında təlimi pisləyib və bunun "Çinin təcavüzkar hərbi zehniyyətini üzə çıxardığını" və "regional sülh və sabitliyə zərər verəcəyini" bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ