İsrail Rifah müqabilində ABŞ-ın tələbini qəbul etdi


ABŞ-ın İrana hərtərəfli hücum etməməsi müqabilində İsrailin təxminən 1,5 milyon məcburi köçkün fələstinlinin sığındığı Rəfaha hücum planını qəbul etdiyi iddia edilib.

Turkustan.az xəbər verir ki, ABŞ-ın İrana hərtərəfli hücum etməməsi müqabilində İsrailin təxminən 1,5 milyon məcburi köçkün fələstinlinin sığındığı Rəfaha hücum planını qəbul etdiyi iddia edilib.

Qətər mərkəzli Əl-Ərəbi Əl-Cədidin xəbərinə görə , Misir rəsmilərinə əsaslanaraq , ABŞ və İsrail uzun müddətdir müzakirə olunan Qəzza zolağının cənubunda, Misir sərhədində yerləşən Rəfah hücumu ilə bağlı razılığa gəliblər.

İsrailin yüzlərlə kamikadze pilotsuz uçuş aparatı, ballistik və qanadlı raketlərlə aprelin 13-də İranın başlatdığı hücumlara cavab verəcəyi gözləntiləri davam etsə də, təxirə salındığı bildirilən Rəfaha hücum planı ilə bağlı yeni inkişaflar gündəmə gəlib.

Adı açıqlanmayan Misir rəsmisi, “Amerika rəhbərliyi İrana qarşı genişmiqyaslı hücum həyata keçirməmək müqabilində daha əvvəl işğal hökumətinin (İsrail) Rəfahdakı hərbi əməliyyatla bağlı təqdim etdiyi planı qəbul etdi” dedi.

Rəsmilər qeyd ediblər ki, Misir hökuməti də Rəfaha planlaşdırılan hücumun mümkün nəticələrinin öhdəsindən gəlmək üçün hazırlıq görür.

Rəfaha hücum planını dəfələrlə təsdiqləyən İsrailin baş naziri Benyamin Netanyahu aprelin 8-də verdiyi açıqlamada hücumun tarixinin müəyyən edildiyini bildirib.

Digər tərəfdən İsrail dövlət televiziyası KAN-ın 14 aprel tarixli xəbərində Netanyahunun tarixinin məlum olduğunu açıqladığı Rəfaha hücum planının "ertələndiyi" iddiası yer alıb.

İsrailin quru işğalından əvvəl bölgəyə sığınanları çıxarmaq üçün iki həftə ərzində Rəfah yaxınlığında 10 min çadır qurmağı planlaşdırdığı da iddia edilib.

30 min əlavə çadırın satınalma mərhələsində olduğu və onların daha sonra həmin ərazidə quraşdırılacağı qeyd edilib.

İsrailin 7 oktyabr 2023-cü ildən bəri davam edən hücumları səbəbindən təxminən 2,3 milyon əhalisi olan Qəzza zolağında 1,9 milyon insan didərgin düşüb. Bu fələstinlilərin əksəriyyəti İsrailin daha əvvəl “təhlükəsiz zona” elan etdiyi Rəfah şəhərinə sığınıb.

Qəzza zolağının ən cənub hissəsində, Misirlə sərhəddə yerləşən Rəfahın əhalisi İsrailin hücumlarından əvvəl 280 min idisə, hazırda 5 dəfədən çox artaraq, demək olar ki, 1,5 milyona çatıb.

İsrailin hücumlarından qaçaraq kifayət qədər yaşayış yerinin olmadığı və infrastrukturun qeyri-kafi olduğu Rəfahda sığınan fələstinlilərin çoxu müvəqqəti çadırlardan ibarət düşərgələrdə həyatda qalmaq üçün mübarizə aparır.

İsrail ordusunun tez-tez hava zərbələri endirdiyi Rəfaha qurudan hücuma keçəcəyi təqdirdə, Qəzza zolağında mülki əhalinin sığınacağı olmayacaq.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ