28 oktyabrda İspaniyada iki yüksək sürətli sərnişin qatarının toqquşması hakim Sosialist İşçi Partiyasının (PSOE) reytinqinə mənfi təsir göstərib.
Turkustan.az xəbər verir ki, 69 nəfərin ölümü ilə nəticələnən qəzadan sonra Baş nazir Pedro Sançezin rəhbərlik etdiyi hökumət ictimai rəy sorğularında mövqelərini itirib.
Noyabrın 29-da İspaniyada keçiriləcək növbədənkənar ümumi seçkilər ərəfəsində aparılan sorğunun nəticələrini dərc edən “El Mundo” qəzeti hakim koalisiyanın əsas tərəfdaşı olan PSOE-nin bu il baş verən iki böyük qatar qəzasının təsiri ilə ağır məğlubiyyətə uğraya biləcəyini yazıb.
Sigma Dos şirkətinin oktyabr ayında keçirdiyi sorğuya əsasən, hazırda əsas müxalifət qüvvəsi olan sağçı Xalq Partiyasının (PP) seçkilərdə səslərin 31,1 faizini qazanacağı, PSOE-nin isə 24,6 faiz səviyyəsində qalacağı proqnozlaşdırılır. Sorğuda qatar qəzasından sonra sosialistlərin təxminən 450 min səs itirəcəyi bildirilir.
Qeyd edək ki, İspaniyada 2023-cü ilin iyulunda keçirilən son ümumi seçkilərdə Xalq Partiyası səslərin 33,1 faizini, PSOE isə 31,7 faizini toplamışdı.
Aytən Yaşar/Turkustan.az