Ukrayna Hərbi Hava Qüvvələri hava hücumu xəbərdarlığı tətbiqinə nüvə və kimyəvi təhlükə ilə bağlı saxta bildirişlərin daxil olduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi isə öz xəbərdarlıq tətbiqinin kütləvi kiberhücuma məruz qaldığını bildirib.
Nüvə fəlakəti ilə bağlı saxta xəbərdarlıqlar iki ölkə arasında rəqəmsal və psixoloji müharibənin yeni mərhələyə keçməsi ilə bağlı narahatlıqları artırıb.
Saxta təhlükə bildirişləri bazar günü Rusiyanın işğalı altında olan Xerson vilayətində yerli atəşkəsin başa çatması ilə eyni vaxta təsadüf edib. ABŞ-ın birinci xanımı Melaniya Trampın vasitəçiliyi ilə əldə olunan atəşkəs dörd ildən artıq davam edən müharibə dövründə ən uzunmüddətli atəşkəs olub.
Altı gün davam edən atəşkəs müddətində Rusiyanın işğalı altında olan Oleşki şəhərinə humanitar yardımın çatdırılmasına və sakinlərin təxliyəsinə icazə verilib. Ukraynada isə cəbhə xəttində döyüşlərin yenidən başlayacağı gözlənilir.
Aytən Yaşar/Turkustan.az