AfD qalib gəlir: Məşhur brend təklifini geri götürür


Almaniyanın avtomobil nəhəngi BMW, “Almaniya üçün Alternativ” (AfD) partiyasının üzvü Tobias Rauşun Saksoniya-Anhalt Əyalət Parlamentinin sədri seçilməsindən sonra ona rəsmi avtomobil təqdim etmək təklifini geri götürüb.

Turkustan.az xəbər verir ki, Almaniya mediasının məlumatına görə, Münhendə yerləşən şirkət oktyabrın 6-da yeni parlament sədrinə rəsmi nəqliyyat vasitəsinin icarəsi ilə bağlı təklifini geri çəkib.

BMW qərarının səbəbləri barədə açıqlama verməyib. Bununla belə, şirkətin baş direktoru Milan Nedeljkoviç daha əvvəl sağçı populizmin və millətçiliyin qlobal ticarətlə əlaqəli, beynəlxalq əməkdaşlığa açıq biznes üçün zərərli olduğunu bildirib.

Hadisədən sonra AfD nümayəndələri rəsmi avtomobil məsələsində “Tesla” şirkətinin sahibi İlon Maskdan dəstək istəyiblər.

Aytən Yaşar / Turkustan.az


MANŞET XƏBƏRLƏRİ