Tramp Rusiya-Ukrayna atəşkəsi üçün hərəkətə keçdi


ABŞ Prezidenti Donald Tramp administrasiyası Rusiya ilə Ukrayna arasında qismən atəşkəsə nail olmaq üçün yeni diplomatik təşəbbüs irəli sürüb.

Turkustan.az xəbər verir ki, Vaşinqton enerji infrastrukturuna hücumların dayandırılmasını və taxıl daşımalarının təhlükəsizliyinin təmin olunmasını təklif edir. Rusiya Prezidenti Vladimir Putin isə bunun üçün sanksiyaların ləğvini və Rusiya gəmilərinə hücumların dayandırılmasını tələb edir.

Putinin şərtləri diplomatik prosesi çətinləşdirir. Avropa ölkələri isə Moskvanın təxribatlarla Ukraynaya dəstəyi zəiflətməyə çalışmasından və bu fəaliyyətlərin qitədə daha geniş böhrana səbəb olmasından narahatdır.

Aytən Yaşar / Turkustan.az


MANŞET XƏBƏRLƏRİ