ABŞ-ın müdafiə naziri Pit Heqset 2009-cu ildə Fort Hud hərbi bazasında 13 nəfəri öldürən Nidal Malik Həsənin edamını ictimaiyyətin izləyə biləcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Heqset “Real America’s Voice”a müsahibəsində Həsənin güllələnmə yolu ilə edamının ictimaiyyətə açıq olacağını bildirib.
“İnsanların bunu izləyə bilməsinə əmin olacağıq. Bu, ictimaiyyətə açıq olacaq. İnsanlar belə əməllərin ciddi nəticələri olduğunu başa düşməlidirlər”, – deyə o vurğulayıb.
Bununla belə, edamı kimin izləyə biləcəyi və mərasimin necə təşkil olunacağı hələlik açıqlanmayıb. Edamın televiziya və ya internet vasitəsilə yayımlanacağı, yaxud yalnız müəyyən şəxslərin iştirakına icazə veriləcəyi də məlum deyil.
Qərar həyata keçirilərsə, bu, ABŞ-da təxminən 90 ildən sonra ilk ictimai edam olacaq.

Aytən Yaşar / Turkustan.az