ABŞ Prezidenti Donald Trampın yeni kosmik siyasəti təsdiqləməsindən iki gün əvvəl İlon Maskın “SpaceX” şirkətinin 1-5 milyon dollar dəyərində istiqrazlarını aldığı məlum olub.
Turkustan.az xəbər verir ki, Trampın maliyyə sənədlərinə əsasən, o, avqust ayında “SpaceX” istiqrazları ilə yanaşı, 25 milyon dollaradək “Meta” və 6 milyon dollaradək “Microsoft” səhmləri də alıb. Bu əməliyyatlar maraqlar toqquşması ilə bağlı suallar yaradıb.
Ağ Evin sözçüsü Devis İnql isə Trampın investisiya portfelinin müstəqil maliyyə qurumları tərəfindən idarə olunduğunu və prezidentin alqı-satqı qərarlarına təsir göstərmədiyini bildirib. O, hər hansı maraqlar toqquşmasının olmadığını vurğulayıb.
Aytən Yaşar / Turkustan.az