“ABŞ-nin İran Ali rəhbəri Əli Xameneini öldürəcəyini bilsəydik, uranın zənginləşdirilməsindən imtina edərdik”.
Turkustan.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkianın icra məsələləri üzrə müavini Cəfər Qaimpənah deyib.
“Məntiq onu tələb edir ki, daha az xərc hesabına əldə edilə biləcək bir məqsəd üçün böyük bədəl ödəməyək. Rəhbərin öldürülməsindən daha böyük hansı bədəl ola bilər? Söhbət hamımızın öldürülməsindən getmir, söhbət İranın salamat qalmasından gedir”, - İran rəsmisi bildirib./teleqraf