ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətlərinin olduğunu bildirərək, Moskvanın NATO ərazisinə hücum etməyəcəyini deyib.
Turkustan.az xəbər verir ki, Tramp Oval Ofisdə prezident sərəncamının imzalanması mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.
Rusiyanın NATO ölkələrinə hücum edib-etməyəcəyi ilə bağlı müzakirələrə toxunan Tramp Putinlə bu məsələni müzakirə etdiyini və Rusiyanın belə bir addım atacağına inanmadığını bildirib.
“Mən Putinlə məhsuldar müzakirələr apardım. O, NATO ərazisinə hücum etməyəcək”, – deyə, Tramp vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az