Jalə Əhmədova da ali məktəbə qəbul oldu


Sabiq deputat (Milli Məclisin VI çağırışı üzrə - red) Jalə Əhmədova ali məktəbə qəbul olunub.

Turkustan.az xəbər verir ki, bu barədə Feysbuk hesabında paylaşım edib.

Sabiq deputat Bakı Dövlət Universitetinin Psixologiya ixtisasında əlavə təhsil alacaq.

Qeyd edək ki, J.Əhmədova ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Hüquq fakültəsini bakalavr, BDU-nun Beynəlxalq hüquq fakültəsini isə magistr dərəcəsi ilə bitirib. Daha sonra o, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə ilə başa vurub./axar.az


MANŞET XƏBƏRLƏRİ