Nepalda ardıcıl fəlakətlər: Ölənlərin sayı artır!


Nepalın Çin sərhədi yaxınlığındakı Rasuva bölgəsində baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayının 469-a çatdığı, 1300-dən çox insanın isə itkin düşdüyü bildirilir.

Turkustan.az xəbər verir ki, Reuters-in məlumatına görə, daşqınların əsasən turistlərin olduğu ərazilərə də ciddi ziyan vurduğu qeyd edilir. Nepal hakimiyyəti Tibet ərazisində bəndin dağıldığını açıqlayaraq, sakinləri daha təhlükəsiz və yüksək ərazilərə köçməyə çağırıb.

Daşqınlar və təhlükənin davam etməsi səbəbindən xilasetmə işləri təxminən 90 dəqiqə dayandırılıb. İnsanların təhlükəsiz ərazilərə çatdırılması üçün təxliyə tədbirləri davam etdirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ