Rusiya ordusu Ukraynanın iki yük gəmisini vurub


Rusiya Silahlı Qüvvələri Çernomorsk limanında Ukraynaya məxsus iki yük gəmisinə zərbə endirib.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gün ərzində həyata keçirilən hücumlar nəticəsində gəmilərlə yanaşı, Ukrayna Silahlı Qüvvələrinin təminatı üçün nəzərdə tutulan yanacaq və sürtkü yağları ilə dolu çən də məhv edilib. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ