"Gənclər erkən nikaha qarşı" layihəsi çərçivəsində 2 günlük təlim-seminar keçirilib


"Azad Həmfikirlər" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə regionlarda "Gənclər erkən nikaha qarşı" layihəsi çərçivəsində Zərdab rayonunda 2 günlük təlim-seminar keçirib.

QHT.az xəbər verir ki, seminarlarda erkən nikahın fəsadları, sosial davranış və düşüncə dəyişikliklərinin təşviqi, erkən nikahın sağlamlıq, təhsil və psixoloji fəsadları haqqında gənclərə maarifləndirici məlumatlar verilib. Seminarlarda gənclərin erkən nikah haqqında düşüncələri, problemin həlli ilə bağlı təklifləri və bu istiqamətdə fəaliyyətləri barəsində məlumatlar dinlənilib.

Tədbirlərdə “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri, ekspert N.İsmayılova, Zərdab rayonu Uşaq və ailələrə Dəstək Mərkəzinin direktoru L.Səfərərəliyeva, Zərdab RİH məsul işçiləri X.Niftəliyeva, T.Nağıyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan Regional Nümayəndəliyinin koordinatoru C. İsmayılov, çıxış edərək gənclərə öz tövsiyələrini veriblər.

Seminarlar başa çatdıqdan sonra çay süfrəsi arxasında mövzu ətrafında müzakirələr davam edib. Seminar zamanı iştirakçılara maarifləndirici qısaqol köynəklər və qeydiyyat üçün digər vəsaitlər paylanıb.


MANŞET XƏBƏRLƏRİ