Avropada Günəş tutulması: İnsanlar küçələrə axışdı


Bir sıra Avropa ölkəsində insanlar Günəş tutulmasını izləmək üçün parklarda, meydanlarda, rəsədxanalarda və yüksəkliklərdə toplaşıblar.

Turkustan.az xəbər verir ki, Şimali İspaniyanın bəzi bölgələrində tam Günəş tutulması müşahidə olunub. İngiltərənin böyük hissəsində isə Günəş diskinin 90 faizindən çoxu Ay tərəfindən örtülüb.

Tutulmanı izləyənlər Günəşə təhlükəsiz baxmaq üçün xüsusi filtrli eynəklərdən və teleskoplardan istifadə ediblər.

İngiltərənin paytaxtı Londonda Günəş tutulması yerli vaxtla saat 18:17-də başlayıb və 19:13-də maksimum həddə çatıb. Tutulmanın ən yüksək mərhələsi yerləşmədən asılı olaraq saat 19:02–19:16 aralığında müşahidə olunub.

Londonda tutulmanı izləmək üçün ən əlverişli məkanlar arasında Kral Rəsədxanasının yerləşdiyi Qrinviç Parkı, şəhər mənzərələri ilə tanınan Teleqraf Hill, Primrose Hill, Hampstead Heath ərazisindəki Parlament Hill və qərbə geniş mənzərə açılan Kristal Saray olub.

Günəş tutulması Avropada böyük maraqla izlənilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ