İranda keçmiş ali dini lider Əli Xameneinin dəfn mərasimində çəkilmiş görüntülər geniş müzakirələrə səbəb olub.
Turkustan.az “Unikal”a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda ön sıralarda əyləşən, qara papaq taxaraq üzünü tibbi maska və eynəklə gizlədən naməlum şəxsin Əli Xameneinin oğlu və hazırkı ali lider Müctəba Xamenei olduğu iddia edilir.
İddialara görə, təhlükəsizlik səbəbindən uzun müddətdir ictimaiyyət qarşısına çıxmayan Müctəba Xamenei mərasimdə kimliyini gizlədərək iştirak edib. Lakin İran rəsmiləri bu şəxsin kimliyi ilə bağlı heç bir açıqlama verməyiblər.