Türkiyə qərarını verdi: Biz NATO-nun bu təşəbbüsündə iştirak etmirik


Türkiyə Kanadada yaradılan Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankına (DSRB) qoşulmamaq qərarı verib.

Turkustan.az xəbər verir ki, Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, Kanada, Albaniya, Belçika, Yunanıstan, Latviya, Lüksemburq, Rumıniya və Ukrayna yeni yaradılan banka qoşulmaq öhdəliyi götürsə də, Türkiyə bu mərhələdə təşəbbüsdə iştirak etməyəcək.

Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankının əsas məqsədi müdafiə sənayesində fəaliyyət göstərən şirkətlərə, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinə uzunmüddətli maliyyə dəstəyi göstərməkdir.

Məlumata görə, Monrealda keçirilən danışıqlardan sonra Milli Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Xəzinə və Maliyyə Nazirliyi, eləcə də Müdafiə Sənayesi Rəyasət Heyətinin iştirakı ilə aparılan qiymətləndirmələrin nəticəsində Türkiyənin hazırkı mərhələdə banka qoşulmaması qərara alınıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ