Almaniya ABŞ istehsalı raketləri ölkədə yerləşdirəcək


Almaniya kansleri Fridrix Merz ölkəsinin ABŞ istehsalı olan Tomahawk qanadlı raketlərini alaraq Almaniya ərazisində yerləşdirəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Federal Parlamentdə çıxış edən Merz bildirib ki, NATO Zirvə Toplantısı gözləntiləri üstələyən nəticələrlə başa çatıb və Alyans hazırda daha güclü, vahid və özünəinamlı mövqedədir.

Kansler Avropa ölkələrinin müdafiə sahəsində daha böyük məsuliyyət götürmək iradəsi nümayiş etdirdiyini vurğulayaraq, Almaniyanın müdafiə xərclərini planlaşdırılandan daha tez ÜDM-in 5 faizinə çatdıracağını bildirib.

Merzin sözlərinə görə, bu addımlar NATO-nun çəkindiricilik qabiliyyətinin daha da gücləndirilməsinə xidmət edəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ