Oman körfəzində atəşkəsi təhlükəyə atan həmlə: İran gəmisi...


ABŞ/İsrail-İran arasında atəşkəs rejiminin kövrək qalması bölgədə gərginliyi yenidən artırıb.

Turkustan.az xəbər verir ki, Vaşinqton administrasiyası Oman körfəzində İran gəmilərinə qarşı müdaxilə edib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, "ABŞ ordusu Oman körfəzində blokadanı pozan iki gəmiyə qarşı müdaxilə edib".

Bəyanatda həmçinin qeyd olunur ki, indiyə qədər 50 gəmi geri qaytarılıb və 73 neft tankeri ümumilikdə 166 milyon barel İran neftini daşıya bilməyib. ABŞ tərəfi bu vəziyyətin İran iqtisadiyyatına 13 milyard dollardan çox ziyan vurduğunu iddia edib.

Bu hadisələrdən sonra İrandan diqqətəlayiq bir açıqlama gəldi. Yarırəsmi Fars Xəbər Agentliyi Hörmüz boğazında İran Silahlı Qüvvələri ilə ABŞ qüvvələri arasında toqquşma baş verdiyini açıqladı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ