Pedofil milyarder Ceffri Epşteynin gizli arxivlərindən aşkarlanan üç milyon səhifəlik sənəddə məşhurların ölümsüzlük iksiri əldə etmək üçün uşaqlardan xammal kimi istifadə etdiyi iddia edilir. İddiaların mərkəzində bədən həddindən artıq qorxu və təzyiq altında olduqda ifraz olunan adrenalinin oksidləşməsi nəticəsində əmələ gələn adrenoxrom birləşməsidir.
Məlumata görə, bu maddəni əldə etmək üçün doqquz yaşından kiçik uşaqlara işgəncə verildiyi və qorxudulduğu iddia edilir.
Dünya pedofil milyarder Ceffri Epşteynin gizli arxivlərindən çıxarılan 3 milyon səhifəlik sənəddən danışarkən, medalın digər tərəfində qorxulu iddialar dolaşır. Sosial mediada təkcə siyasi xadimlərin deyil, həm də "ölümsüzlük" uğrunda mübarizə aparan məşhurların uşaqlardan "xammal" kimi istifadə etdiyini iddia edən dəhşətli nəzəriyyələr diqqət mərkəzindədir.
İddiaların mərkəzində adrenalinin oksidləşməsi nəticəsində əmələ gələn və bədən həddindən artıq qorxu və təzyiq altında olduqda ifraz olunan Adrenoxrom birləşməsidir. İddia edilir ki, doqquz yaşından kiçik uşaqlara qocalmanı dayandırdığı və "gənclik iksiri" olduğuna inanılan bu maddəni əldə etmək üçün işgəncə verib və qorxudublar. Amerikalı yazıçı Hunter S. Tompsonun "Las Vegasda qorxu və nifrət" romanında da qeyd olunan bu qaranlıq ritual indi yenidən Epsteyn sənədləri ilə əlaqələndirilir.
Sui-qəsd nəzəriyyəçilərinə görə, bu maddədən istifadə edən varlı və məşhur insanların gözləri ətrafında nəzərəçarpacaq dərəcədə tünd dairələr əmələ gəlir. "Tünd dairələri olan məşhurların" arxiv fotoları bu nəzəriyyə üçün ən güclü "sübut" kimi təqdim olunur.
Məşhur aktrisa Sandra Bullokun bir verilişdə gənc görünmək üçün "sünnət dərisindən əldə edilən EGF serumu"ndan istifadə etdiyini açıqlaması sosial mediada bu iddiaların həqiqiliyini daha da artırıb.
Dünyada hər il yüz minlərlə uşağın itkin düşməsi (təkcə ABŞ-da təxminən 460.000) bu uşaqların "öz məqsədləri üçün istifadə edildiyi" iddialarını gücləndirmək üçün istifadə olunur.
Elmi ictimaiyyət adrenoxromun laboratoriya şəraitində asanlıqla və ucuz şəkildə sintez edilə biləcəyini və bununla da "canlı orqanizmə" olan ehtiyacı aradan qaldırdığını iddia etsə də, Epşteynin adasındakı ritual binalar, gizli tunellər və uşaq alveri şəbəkələri ictimaiyyəti "ən pis ssenariyə" inandırır./lent.az