ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya və Ukrayna hazırda razılaşmaya gələ biləcəkləri bir nöqtəyə çatıb və bu imkandan istifadə etməməyin “ağılsızlıq” olacağını deyib.
Turkustan.az xəbər verir ki, Tramp bu açıqlamanı İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında çıxışı zamanı verib.
Rusiya–Ukrayna müharibəsi ilə bağlı suala cavab verən Tramp bildirib ki, tərəflər razılaşmaya kifayət qədər yaxındır. O, cəbhə xəttində hər həftə minlərlə insanın həlak olduğunu vurğulayaraq döyüşlərin dərhal dayandırılmasının vacibliyini qeyd edib.
“Bu, qan tökülməsidir və dəhşətlidir”, – deyən Tramp Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında ciddi düşmənçiliyin mövcud olduğunu, lakin buna baxmayaraq hər iki tərəfin razılaşma istədiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az