İraq rəsmi olaraq İsrailin mümkün hərbi hücumu ilə bağlı xəbərdarlıq mesajları aldığı iddialarını təkzib edib.
Turkustan.az xəbər verir ki, bəzi xəbərlərdə İraq hökumətinin son iki həftə ərzində bir ərəb ölkəsindən və Qərb kəşfiyyat xidmətindən "ölkəyə qarşı genişmiqyaslı İsrail hərbi hücumları" barədə ciddi məlumatlar ehtiva edən mesajlar aldığı iddia edilirdi.
İraq Milli Kəşfiyyat İdarəsi bu iddialarla bağlı yazılı açıqlama yayıb.
Bəyanatda iddiaların "tamamilə əsassız" olduğu vurğulanaraq, İraq hökumətinin belə bir mesaj almadığı əlavə edilib.
Media təşkilatlarına da İraqın milli təhlükəsizliyi ilə bağlı məsələlərdə maksimum ehtiyatlılıq və məsuliyyət göstərmələri tövsiyə edilib.
Aytən Yaşar/ Turkustan.az