Lavrov ABŞ-ın sülh planının bu bəndlərini rədd etdi


Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın təklif etdiyi ilkin sülh planının yeddi bəndini, o cümlədən təmas xəttinə əsaslanan ərazi mübadiləsini və Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsini faktiki olaraq rədd edib.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

“Lavrov Zaporojye və Xerson bölgələrindəki mövcud təmas xəttinin dondurulması, Zaporojye AES-in Rusiyanın deyil, MAQATE-nin nəzarəti altında yenidən işə salınması, Kiyevə etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsi və Ukraynanın suverenliyinin təsdiqlənməsi ilə bağlı müddəaları faktiki olaraq rədd edib”, - məlumatda deyilib./axar.az


MANŞET XƏBƏRLƏRİ