İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir hökuməti buraxmaqla hədələyib.
Turkustan.az xəbər verir ki, Qəzzada əldə olunan razılaşmadan danışan Ben-Qvir, "Netanyahu mənə HƏMAS-ın ləğv ediləcəyini vəd etdi. Bu baş verməsə, hökuməti dağıtacağıq" dedi.
İfrat sağçı İsrailli nazir israilli məhbusların azad ediləcəyinə sevindiyini, lakin fələstinlilərin azad edilməsinə qarşı olduğunu bildirib.
İsrail həbsxanalarında ömürlük həbs cəzası çəkən 250 fələstinli məhbusun azadlığa buraxılmasının çox ağır bir bədəl olduğunu müdafiə edən Ben-Qvir, razılaşmanı dəstəkləməyəcəklərini, Yəhudi Güc Partiyasının isə hökumət iclasında buna qarşı çıxacağını açıqladı.
Aytən Yaşar/ Turkustan.az