Sənəd var, müharibəni Saakaşvili başladı - Kobaxidze


Keçmiş prezident Mixail Saakaşvili rejimi 2008-ci ilin avqustunda hərbi əməliyyatlara başlayıb və Gürcüstanın milli maraqlarına böyük ziyan vurub.

Turkustan.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Bu gün o vaxtkı hökumətin imzaladığı bütün sənədləri xatırlamaq lazımdır. Orada Saakaşvili rejiminin müharibəyə başladığı qeyd edilir. Bu sənədlərdən qaçmaq mümkün deyil, onlar o dövrün hökumətinin müharibəyə başladığının, ölkəmizin milli maraqlarına ağır zərbə vurmasının təkzibolunmaz sübutudur. Bu, xəyanətdir”, - Kobaxidze bildirib./axar.az


MANŞET XƏBƏRLƏRİ