Kreml: Suriya administrasiyasını Rusiya-ərəb sammitinə dəvət edəcəyik


Kremlin sözçüsü Peskov Suriya hökumətini oktyabrda keçiriləcək Rusiya-Ərəb Sammitinə dəvət edəcəklərini bildirərək: "Mövcud Suriya hökuməti ilə əlaqələrimiz var və gələcəkdə də davam edəcəyik. Suriyada maraqlarımız var" dedi.

Turkustan.az xəbər verir ki, Dmitri Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.

ABŞ prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarını şərh edən Peskov bunun ABŞ-ın suveren qərarı olduğunu vurğulayıb.

Oktyabrda keçiriləcək Rusiya-Ərəb Sammitinə Suriya hökumətini dəvət etməyi planlaşdırdıqlarını açıqlayan Peskov: "Əlbəttə ki, belə dəvətlər olacaq. Hazırkı Suriya hökuməti ilə əlaqələrimiz var və gələcəkdə də davam edəcəyik. Suriyada maraqlarımız var" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ