“Slovakiyada Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı referendum keçirilərsə, mən lehinə səs verəcəyəm”.
Turkustan.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib.
“Sanksiyalar taun kimidir və mən bu siyasəti rədd edirəm”, – o əlavə edib.
Fitsonun fikrincə, sanksiyalar yalnız Avropaya zərər vurub, Rusiya isə bu məhdudiyyətlərə artıq uyğunlaşıb və fəaliyyətini davam etdirir.
O, sanksiyaların iqtisadi baxımdan effektiv olmadığını, əksinə, Avropa İttifaqı ölkələrinin maraqlarına zərər verdiyini qeyd edib.
Qeyd edək ki, Fitso hökuməti son vaxtlar Qərb dünyasının dominant mövqelərinə qarşı çıxan bəyanatları ilə gündəmə gəlir. /globalinfo.az/