2 boksçumuz Avropa çempionatında 1/4 finala yüksəldi - FOTO


Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında Azərbaycan millisinin 2 boksçusu 1/4 finala yüksəlib.

Turkustan.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, Əli Əliyev (50 kq) və Banuçiçək Nəsirli (48 kq) bu mərhələyə vəsiqə qazanıblar.

Ə.Əliyev ikinci döyüşündə slovakiyalı Adrian Zameçiki 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, avqustun 18-də keçiriləcək 1/4 final matçında irlandiyalı Kristian Jubani ilə qarşılaşacaq.

B.Nəsirli isə ilk görüşündə yunanıstanlı Angeliki Petroula Sduqaya üçüncü raundda tam üstünlüklə qalib gəlib. O, avqustun 17-də 1/4 final çərçivəsində polşalı Katarjina Qornisieviçlə mübarizə aparacaq.
















MANŞET XƏBƏRLƏRİ