“Qarabağ” futbolçusu Abdullah Zubirlə yollarını ayırıb.
Turkustan.az xəbər verir ki, Ağdam klubu bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
Klub 34 yaşlı yarımmüdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib:
“Qarabağ” formasında keçirdiyin illər, meydandakı mübarizən, etdiyin kapitanlıq, qolların və komandamıza verdiyin töhfələr üçün təşəkkür edirik. Hər şey üçün təşəkkürlər, Abdullah Zubir!”
Qeyd edək ki, 2018-ci ildən “Qarabağ”ın heyətində çıxış edən Zubir karyerasını Qətərin “Əl-Şahaniya” klubunda davam etdirəcək.