ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçirilən futbol üzrə 2026-cı il dünya çempionatı davam edir.
Turkustan.az xəbər verir ki, bu gün D qrupunda maraqlı qarşılaşmaya şahid olacağıq.
Bakı vaxtı ilə saat 23:00-da ABŞ Avstraliya ilə üz-üzə gələcək. Bu milli komandaların hər ikisi ilk turda qələbə qazanaraq 3 xala sahibləniblər.
İyunun 19-a keçən gecə saat 2:00-da Şotlandiya Mərakeş millisi ilə oynayacaq.
Saat 04:00-da Braziliya - Haiti görüşü başlayacaq.
Saat 07:00-da Türkiyə - Paraqvay matçı start götürəcək. /modern.az/