Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO ölkələrinə qarşı növbəti dəfə çox sərt və təhdid dolu bəyanatla çıxış edib.
Turkustan.az xəbər verir ki, Rusiya XİN rəsmisi hər hansı bir NATO dövlətinin Rusiyanın hər hansı bir bölgəsinə qarşı təcavüz edəcəyi təqdirdə, Moskvanın cavabının amansız olacağını bildirib.
Zaxarova xəbərdarlıq edərək vurğulayıb: "Hər hansı bir NATO dövləti tərəfindən Rusiyanın istənilən bir regionuna qarşı təcavüz baş verərsə, heç kimin zərrə qədər də şübhəsi olmasın: bu çılğın avantüranın təşəbbüskarlarına qarşı tərəfimizin verəcəyi cavab qətiyyətli və onlar üçün dağıdıcı olacaq". /Musavat.com/