İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, İsrail ordusu Livanın cənubunda nəzarətdə saxladığı ərazilərdən geri çəkilməyəcək.
Turkustan.az xəbər v erir ki, işğal altındakı Qərb Sahilində keçirilən tədbirdə çıxış edən Netanyahu deyib ki, İsrail qoşunları təhlükəsizlik məqsədilə yaradıldığını iddia etdiyi zonada zəruri hesab edilən müddət ərzində qalacaq.
Netanyahu İsrailin şimal sərhədlərinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayaraq, ordunun Livandakı mövqelərini qoruyacağını qeyd edib.
İsrail mediasında yayılan məlumatlara görə, Təl-Əviv hökuməti Livanın cənubundakı hərbi mövcudluğun davam etdirilməsi məsələsi ilə bağlı ABŞ ilə danışıqlar aparır. Həmin məlumatlar rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
Aytən Yaşar/ Turkustan.az