İranın İsrailin Livanda atəşkəsi pozması ilə bağlı iddiaları Tehran və Vaşinqton arasında bu gün İsveçrədə keçirilməsi planlaşdırılan danışıqların ləğvinin səbəbi ola bilər.
Turkustan.az xəbər verir ki, bu barədə “Axios” ABŞ rəsmisinə istinadla məlumat yayıb.
Amerikalı rəsminin sözlərinə görə, tərəflər Vaşinqton və Tehran arasında imzalanmış son anlaşma memorandumunun icrasına başlamaq üçün danışıqlar planlaşdırsa da, bu, baş tutmayacaq.
Ağ Ev bundan əvvəl ABŞ vitse-prezidenti Ceyms Devid Vensin danışıqlarla bağlı logistika və koordinasiya çətinliklərini əsas gətirərək, İsveçrəyə planlaşdırılan səfərini ləğv etdiyini açıqlamışdı./teleqraf