İsveçrə: ABŞ və İran arasında planlaşdırılan danışıqlar ləğv edildi


ABŞ və İran arasında fikir ayrılıqlarının aradan qaldırılması və münaqişənin dayandırılması istiqamətində aparılan diplomatik səylər çərçivəsində bu gün İsveçrənin Bürgenştok şəhərində keçirilməsi planlaşdırılan görüş ləğv edilib.

Turkustan.az xəbər verir ki, İsveçrə Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında bildirilib ki, "Bürgenştokda keçirilməsi nəzərdə tutulan görüşlər planlaşdırıldığı kimi bu gün baş tutmayacaq. Bu səbəbdən dünən elan edilən görüş ləğv olunub".

Açıqlama Ağ Evin İranla texniki səviyyədə danışıqlara hazırlıq işlərinin davam etdiyini bildirməsindən sonra verilib.

Ağ Ev eyni zamanda ABŞ-ın vitse-prezidenti JD Vensin İsveçrəyə planlaşdırılan səfərinin hələlik təxirə salındığını açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ