“Məişət tullantılarının idarə olunmasında səmərəliliyin artırılması təşəbbüslər” layihəsi davam edir


“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məişət tullantılarının idarə olunmasında səmərəliliyin artırılması təşəbbüslər”adlı layihə icrasını növbəti icmalarda davam edir.

Layihənin növbəti mərhələsi olaraq İmişli rayonunun Mirili və Otuzikilər icmasında kəndlərində məişət tullantılarının çeşidlənməsi və idarə olunması istiqamətində praktiki təşəbbüsləri başlatmaq məqsədi ilə seminar keçirilmişdir.

Seminarda dövlət qurumunun nümayəndələri,bələdiyyə üzvləri,kənd icmasının fəal aktiv üzvləri,müəllimlər və gənclər iştirak etmişdir.Layihəyə xüsusilə qadınların cəlb olunması təşkilatın hədəf qruplarını daha doğru seçməsinin nünunəsidir və hədəf məqsədlərə nail olunmuşdur. “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin sədri Aynurə Miriyeva Mərkəzləşdirilmiş poliqon problemi,kənd ərazilərində toplanma zəifliyi,təsərrüfat tullantılarının qarışması,məişət tullantılarının növləri,çeşidlənməsi və utilizasiya problemləri ilə bağlı geniş təqdimat etmişdir.

Seminarda İmişli rayon icra hamkimiyyətinin ərazi təşkilat sektorunun böyük məsləhətçisi Nicat Sarıyev,Qaravəlli kənd Ərazi İcra Nümayəndəsi Əlixuda Zahidov, Qaravəlli kənd Ərazi İcra Nümayəndəsinin müavini Cavad İsmayılov, »Araz »Humanitar Tədqiqatlar Mərkəzinin əməkdaşı Əbülfət Zeynallı, Otuzikilər kənd Ərazi İcra Nümayəndəsi Qərəvfil Dədəkişiyeva qonaq qismində iştirak etmişlər.

Seminarın sonunda iştirakçılar və ekspertlər arasında maraq doğuran məsələlər istiqamətində geniş müzakirə aparılmışdır.Sonda iştirakçılar belə bir aktual layihənin icrasına görə “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinə və maiyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürlərini ifadə etmişlər.

“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin Mətbuat Xidməti


MANŞET XƏBƏRLƏRİ