DÇ-2026-da iyunun 17-dən 18-nə keçən gecə (qrup mərhələsinin növbəti oyunları baş tutub.
“Yeni Sabah” xəbər verir ki, favoritlərin mübarizəyə qoşulduğu gecədə maraqlı və gözlənilməz nəticələr qeydə alınıb.
K Qrupu
Portuqaliya - Konqo DR: 1:1
Kristianu Ronaldunun start götürdüyü matçda Portuqaliya mundiala gözlənilməz xal itkisi ilə başlayıb.
Özbəkistan - Kolumbiya: 1:3
Kolumbiya yığması Luis Dias və Daniel Munyosun qolları ilə qələbə qazanıb. Özbəkistanın yeganə qolunu isə Abbosbek Fayzullayev vurub.
L Qrupu
İngiltərə - Xorvatiya: 4:2 Gecənin ən qollu və mərkəzi qarşılaşmasında ingilislər Tomas Tuxelin rəhbərliyi altında Xorvatiya səddini inamla keçiblər.
Qana - Panama: 1:0 Gərgin keçən mübarizədə Qana minimal hesabla qələbə qazanaraq mühüm 3 xalı aktivinə yazdırıb. /yenisabah.az/