İsrailin xarici işlər naziri Gideon Saar Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla bütün əlaqələrin dayandırıldığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Saar “X” sosial şəbəkəsində bildirib ki, Kallasın İsrailə qarşı ədalətsiz və qərəzli mövqe sərgilədiyini düşünür və onun açıqlamalarını qəbuledilməz hesab edir. Nazir xüsusilə Kallasın İsraili aparteid rejimi ilə müqayisə etməsinə etiraz edib.
Onun sözlərinə görə, Kallas bu bəyanatlarına aydınlıq gətirmədiyi və geri çəkilmədiyi üçün onunla bütün əlaqələri kəsmək qərarı verilib.
Aytən Yaşar/ Turkustan.az