Zelenski: Belçikadan ilk F-16 qırıcıları bu il gələcək


Belçika Ukrayna üçün yeni əhəmiyyətli yardım paketi və PURL proqramına əlavə töhfə hazırlayır.

Turkustan.az xəbər verir ki, həmçinin F-16 qırıcılarının tədarük cədvəli yenilənib və ilk təyyarələrin bu il təhvil verilməsi nəzərdə tutulur.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Belçikanın Baş naziri Bart de Vever ilə görüşdən sonra Telegram kanalında paylaşım edib.

“Belçikanın Baş naziri Bart de Veverlə müdafiə sahəsində əməkdaşlığı ətraflı müzakirə etdik. Belçika yeni əhəmiyyətli yardım paketi və PURL proqramına töhfə hazırlayır. Həmçinin F-16 qırıcı təyyarələrinin çatdırılma cədvəlini nəzərdən keçirdik. İlk təhvil vermələr bu il həyata keçiriləcək. Hazırda ən çox ehtiyac duyduğumuz sahələrdən biri hava məkanının müdafiəsidir və bu cür dəstək bizim üçün xüsusi əhəmiyyət daşıyır”, – Zelenski bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ