Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jong nüvə silahlarının ölkəsinin "fundamental maraqları" olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim Çen In ABŞ və müttəfiqlərinin Şimali Koreyanın nüvəsizləşdirilməsi tələblərini "köhnəlmiş" adlandırıb.
Kim nüvə silahsızlanmasının ölkəsi üçün "geri dönməz şəkildə həll edilmiş və heç vaxt gerçəkləşməyəcək gündəm maddəsi" olduğunu bildirərkən, nüvə silahlarını ölkəsinin fundamental maraqları kimi təsvir edib.
G7 xarici işlər nazirləri Şimali Koreyanın nüvə və ballistik raket proqramlarını "şiddətlə qınadıqlarını" və ölkənin "tam nüvə tərksilahı" çağırışlarını təkrarladılar.
Aytən Yaşar/ Turkustan.az