ABŞ ordusu blokadanı ləğv etdi


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına və sahil ərazilərinə tətbiq edilən dəniz blokadasının ləğv olunduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, CENTCOM-un yaydığı bəyanatda bildirilib ki, ABŞ qüvvələri artıq Fars körfəzi və Oman körfəzində yerləşən İran limanlarına daxil olan və ya həmin limanlardan çıxan gəmilərin hərəkətinə mane olmur.

Açıqlamada qeyd olunub: "ABŞ-ın bütün hərbi blokada fəaliyyətləri dayandırılıb. Bununla belə, əsas dəniz qüvvələrimiz əldə olunan razılaşmanın bütün müddəalarının yerinə yetirilməsini və qüvvədə qalmasını təmin etmək məqsədilə bölgədə fəaliyyətini davam etdirəcək".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ