ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında daha dörd oyun keçiriləcək.
Turkustan.az report-a istinadən xəbər verir ki, E qrupunun ilk matçında Almaniya Kurasao ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
F qrupunun Niderland – Yaponiya görüşü saat 00:00-da, E qrupunun Fildişi Sahili – Ekvador dueli saat 03:00-da başlayacaq.
Nəhayət, saat 06:00-da F qrupunun İsveç – Tunis oyununa start veriləcək.
DÇ-2026
14 iyun
E qrupu
I tur
21:00. Almaniya – Kurasao
Baş hakim: Calal Cayed (Mərakeş).
Hyuston stadionu
15 iyun
F qrupu
I tur
00:00. Niderland – Yaponiya
Baş hakim: İsmail Elfat (ABŞ).
Dallas stadionu
E qrupu
03:00. Fildişi Sahili – Ekvador
Baş hakim: Fransua Leteksye (Fransa).
Filadelfiya stadionu
F qrupu
I tur
06:00. İsveç – Tunis
Baş hakim: Yael Falkon (Argentina).
Monterrey stadionu
Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.