Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Fransada keçirilən G7 sammiti zamanı ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla, təşkilata üzv ölkələrin bütün liderləri Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin başa çatmalı olduğunu vurğulayıblar.
Turkustan.az xəbər verir ki, Ukrayna dövlət başçısı bu barədə Brüsseldə keçirilən Ramşteyn formatında Təmas Qrupunun iclasının açılış mərasimində çıxışı zamanı danışıb.
Zelenski qeyd edib:
"Fransada keçirilən bu mühüm G7 sammitindən dərhal sonra burada görüşməyimiz vacibdir. Prezident Tramp da daxil olmaqla, bütün liderlərlə məhsuldar görüşlər və müzakirələr apardıq. ABŞ Prezidenti bu dəhşətli müharibəyə son qoyulması üçün Rusiyaya təzyiqin artırılmasının vacibliyini çox açıq şəkildə ifadə etdi."
Aytən Yaşar/ Turkustan.az