DÇ-2026: Türkiyə mundiala məğlubiyyətlə başladı


Futbol üzrə dünya çempionatında Türkiyə millisi Avstraliyaya uduzub.

Turkustan.az xəbər verir ki, "BC Place Vancouver" stadionunda keçirilən D qrupunun matçında "ay-ulduzlu"lar rəqibinə 0:2 hesabı ilə məğlub olublar.

Avstraliyanın heyətində Nestori İrankunda (27) və Konnor Metkalf (75) fərqləniblər.

Qeyd edək ki, bu qrupun digər qarşılaşmasında ABŞ seçməsi Paraqvayı 4:1 hesabı ilə məğlub edib. /Qaynarinfo/


MANŞET XƏBƏRLƏRİ