İranın müharibə nəticəsində zərər görmüş neft-kimya müəssisələrinin 89 faizi fəaliyyətini bərpa edib.
Turkustan.az xəbər verir ki, ISNA-nın məlumatına görə, bunu İranın Körfəz Neft-Kimya Sənayesi Qrupunun (PGPIC) baş direktoru Məhəmməd Şəriətmədari bildirib.
Onun sözlərinə görə, hücumlar zamanı mühüm sənaye infrastrukturu hədəfə alınsa da, istehsalın davamlılığını təmin etmək üçün görülən tədbirlər nəticəsində dayandırılmış müəssisələrin əksəriyyəti yenidən istismara verilib.
Şəriətmədari qeyd edib ki, bəzi müəssisələr artıq layihə gücündən yüksək səviyyədə fəaliyyət göstərir, digərləri isə tam gücə çatmaq üçün işlərini davam etdirirlər.
O əlavə edib ki, yenidənqurma işləri yalnız dəymiş ziyanın aradan qaldırılmasını deyil, həmçinin istehsal infrastrukturunun modernləşdirilməsini, texnoloji imkanların artırılmasını və xarici asılılığın azaldılmasını da əhatə edir. Baş direktor bildirib ki, bu məqsədlə imzalanan əməkdaşlıq protokolu bərpa prosesini sürətləndirəcək və neft-kimya sektorunun dayanıqlığını gücləndirəcək.
Aytən Yaşar/ Turkustan.az