Vens: İsraillilər sülh prosesinə hörmətlə yanaşmalıdırlar


ABŞ-ın vitse-prezidenti JD Vens cari hadisələr və Yaxın Şərqdəki vəziyyətlə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, İsraillə bağlı danışarkən bildirib: "Heç kim başqa bir ölkənin özünümüdafiə hüququnu əlindən ala bilməz. İsrailin özünü müdafiə etmək hüququ var. Lakin israillilər də, hər kəs kimi, sülh prosesinə hörmətlə yanaşmalıdırlar. Bu, həm onların özləri, həm də bütün region üçün son dərəcə faydalıdır".

ABŞ-ın vitse-prezidenti mətbuat konfransında İsraili də tənqid edib. O deyib: "Sanki razılaşmada ciddi irəliləyiş əldə olunmaq üzrə idi. Lakin birdən Beyrutda mülki ərazidə böyük partlayış baş verdi və Hizbullahla əlaqəsi olmayan çox sayda insan həlak oldu. Bu, qəbuledilməzdir".

Vance daha sonra qeyd edib ki, son üç ay ərzində İsrailin müdafiəsində istifadə olunan silahların böyük hissəsi ABŞ istehsalı olub və Amerika vergi ödəyicilərinin vəsaiti hesabına maliyyələşdirilib.

O, həmçinin bildirib: "İsrailin əsas problemi Donald Tramp deyil. Əgər bəzi insanlar İsrailin ən böyük probleminin ABŞ prezidenti olduğunu düşünürlərsə, onlar öz ölkələrindəki vəziyyətə baxmalı və reallıqla üzləşməlidirlər".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ