Bu ölkə bütün F-16-larını Ukraynaya verəcək


Belçika əlində olan bütün F-16 təyyarələrini Ukraynaya təhvil verə bilər, söhbət təxminən 40 təyyarədən gedir.

Turkustan.az xəbər verir ki, bunu Belçikanın müdafiə naziri Teo Franken deyib.

O bildirib ki, bu, Belçikanın yeni ABŞ F-35 təyyarələrini aldıqdan sonra mümkün olacaq:

“Hökumətə yaxın illərdə bütün F-16-larımızı Ukraynaya təhvil verməyi təklif edəcəyəm. Bu, F-35-lərimizin olub-olmamasından asılıdır, çünki səmanın qorunmasında bizim də rolumuz var”.

Qeyd edək ki, bu il Brüssel Ukraynaya 7 ədəd F-16 qırıcı təyyarəsi təhvil verəcək. /Axar.az/


MANŞET XƏBƏRLƏRİ