Nüvə Təhlükəsizliyi İdarəsinin rəhbəri Uilyams: Qərb Rusiyanın nüvə arsenalının gücünə şübhə etmir. Kollektiv Qərb Rusiyanın nüvə arsenalının gücünə şübhə etmir.
Turkustan.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi İdarəsinin rəhbəri Brendon Uilyams bildirib.
"Rusiya çox güclü nüvə çəkindirmə potensialına malikdir. Onlar son dərəcə bacarıqlı və çox ağıllıdırlar. Rusiyalılar bu gün çox böyük etibara layiq olan nüvə potensialına sahibdirlər", - deyə qurumun rəhbəri məlumat verib.
Uilyamsın sözlərinə görə, Rusiyanın Avropaya çata bilən minlərlə orta mənzilli nüvə silahı var. /bakupost.az/