AB liderləri Brüsseldə toplandı: Ukraynanın üzvlüyündə yeni mərhələ


Avropa Birliyinə (AB) üzv 27 ölkənin dövlət və hökumət başçıları Ukraynaya dəstək, rəqabət qabiliyyəti, Çinlə ticarət əlaqələri, Birliyin növbəti büdcəsi və Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün Belçikanın paytaxtı Brüsseldə keçirilən iki günlük sammitdə bir araya gəliblər.

Turkustan.az xəbər verir ki, sammitdən əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antonio Kosta ilə birlikdə mətbuata açıqlama verib.

Antonio Kosta bu həftəni Ukrayna üçün "tarixi həftə" adlandıraraq, iyunun 15-də Ukrayna ilə üzvlük danışıqları çərçivəsində ilk fəslin açılmasını AB-nin genişlənməsi və Ukraynanın üzvlük perspektivi baxımından mühüm addım kimi qiymətləndirib.

Kosta qeyd edib ki, Avropa Birliyi Ukraynaya dəstəyin davam etdirilməsi üçün ABŞ, Kanada, Yaponiya və Böyük Britaniya ilə sıx əməkdaşlıq edir. O vurğulayıb ki, G7 çərçivəsində Rusiyanın iqtisadiyyatına əlavə təzyiq göstərilməsi və onun Ukraynaya qarşı müharibəni davam etdirmək imkanlarının zəiflədilməsi barədə qərarlar qəbul olunub.

Ursula fon der Leyen isə Ukrayna ilə üzvlük danışıqlarında ilk fəslin açılmasını "böyük addım" adlandıraraq, yay aylarında daha çox fəslin açılacağına ümid etdiklərini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ